Daxili İşlər Nazirliyi Bakıda qadının zorla maşına mindirilərək qaçırılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Lent.az-a bildirib ki, görüntülər araşdırılıb:
“Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikrindən daşındırmaq üçün rəsmi nikahda olduğu ər, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar.
Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib. Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir”.