Bakıda qadın  maşın qaçırdı
05 oktyabr 2022 14:38 (UTC +04:00)

Bakıda qadın maşın qaçırdı

Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindən Ş.Məmmədova məxsus “KİA” markalı avtomobili qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Əliyeva Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

# 3459
avatar

Oxşar yazılar