Bakıda evdən külli miqdarda oğurluq olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən şəxs mənzilindən 35000 manat pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 35 L.Babayeva müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, L.Babayeva oğurladığı pulların bir qismini mərc oyunlarına qoyaraq orada uduzub.