Bakının Nərimanov rayonunda qəza zamanı bir nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Ağa Nemətulla küçəsində baş verib.
1964-cü il təvəllüdlü Abbasova Hökümə Şahverən qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu maşın vurub.
Qadın ağır kəllə-beyin travması, ayaq, sol qolun sınıqları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.