Bakıda “Pirus”dan 1 kilodan çox  heroin   tapıldı -  FOTO
27 may 2023 21:55 (UTC +04:00)

Bakıda “Pirus”dan 1 kilodan çox heroin tapıldı - FOTO

Suraxanı Dövlət Yol Polis Şöbəsinin əməkdaşları “Pirus” markalı avtomobildə narkotik vasitə aşkarlayıblar.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, yol polisi əməkdaşları 99-UD-357 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 49 yaşlı Abdullayev Ələsgər Fizuli oğlunu yol hərəkəti qaydalarını kobud pozduğuna görə saxlayıblar. Müəyyən edilib ki, sürücü narkotik vasitələrin təsiri altında avtomobil idarə edir.

Avtomobildə olan 49 yaşlı Məhərrəmov Vüsal Sabir oğlunun şübhəli hərəkətləri əsasında avtomobilə baxış keçirilib 1 kiloqram 26 qram heroin aşkarlanıb.

Şübhəli şəxslərlə saxlanılaraq Suraxanı rayon Polis İdarəsinə təhvil verilib. Araşdırmalarla narkotik vasitələri təhvil alacaq şəxs də müəyyən olunaraq, saxlanılıb.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2913
avatar

Oxşar yazılar