Bakıda paltar mağazası qarət olundu
07 mart 2024 14:03 (UTC +04:00)

Bakıda paltar mağazası qarət olundu

0

Bakıda mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən 440 manat dəyərində geyim əşyaları oğurlanıb. Bu barədə 22-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş M.İsmayılov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5967

Oxşar yazılar