Bakıda orta məktəbdə meyit tapıldı
14 oktyabr 2024 11:28 (UTC +04:00)

Bakıda orta məktəbdə meyit tapıldı

Bakıda orta məktəbdə meyit tapılıb. 

Lent.az xəbər verir ki, hadisə oktyabrın 12-də Badamdar qəsəbəsində yerləşən 239 saylı orta məktəbdə qeydə alınıb. 

Bakı şəhər sakini, 62 yaşlı Kamal Cahangir oğlu Mahmudovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti gözətçi işlədiyi orta məktəbin həyətində aşkar edilib. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274
avatar

Oxşar yazılar