Oğurlanan uşaq
10 yanvar 2022 13:45 (UTC +04:00)

Oğurlanan uşaq

Bakıda oğurlanan uşağın atası da TUTULDU - VİDEO

Bakının Sabunçu rayonunda oğurlanan 2 yaşlı uşaqla bağlı cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonunda 2 yaşlı M.Şıxalıyevin oğurlanması ilə bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə Cinayət İşi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hadisə ilə bağlı Gültəkin Muradova ilə birlikdə qeyri-rəsmi nigahda olan Ağdam rayon sakini Şamil Əliyev, uşağın atası Elgün Nəsirov da istintaqa cəlb ediliblər. İstintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.

Bakıda oğurlanan 2 yaşlı uşağın atası da tutuldu

# 7509
avatar

Mehman Nəbiyev

Oxşar yazılar