Bakıda motosiklet avtomobilə çırpıldı,  bir nəfər...
27 iyun 2023 01:24 (UTC +04:00)

Bakıda motosiklet avtomobilə çırpıldı, bir nəfər...

0

Bakının Səbail rayonunda yol qəzası baş verib.

Lent.az xəbər verir ki, qəza Üzeyr Hacıbəyli küçəsi ilə Bülbül prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, Arzu Məmmədzadə APA-ya bildirib ki, idarəetməsində olan “Cherry” markalı maşınla Bülbül prospektində işıqforun yaşıl işığından keçən zaman motosiklet sürücüsü qəfil onun qarşısına çıxıb.

Toqquşma nəticəsində motosikletin sürücüsü xəsarət alıb.

Motosiklet isə iki hissəyə bölünüb.

Faktla bağlı əraziyə Səbail Rayon Polis İdarəsinin və Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2329

Oxşar yazılar