Bakıda qəzada ölən moped sürücüsünün YENİ GÖRÜNTÜLƏRİ  - YENİLƏNİB
01 avqust 2024 20:31 (UTC +04:00)

Bakıda qəzada ölən moped sürücüsünün YENİ GÖRÜNTÜLƏRİ - YENİLƏNİB

Bakıda qəzada ölən moped sürücüsünün yeni görüntüləri yayılıb. 

Lent.az-ın məlumatına görə, görüntülərdən aydın olur ki, sürücü N.Mirzəyev bundan əvvəl də dəfələrlə paytaxt ərazisində moped idarə edən zaman təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını kobud sürətdə pozaraq digər nəqliyyat vasitələri üçün ciddi təhlükə yaradıb.

Həmin görüntüləri təqdim edirik:

***

Saat 19:56

Avqustun 1-də saat 04:30 radələrində paytaxtın Xətai rayonunda mopedlə Hunday markalı avtomobilin toqquşması nəticəsində ölüm hadisəsi baş verib.

Lent.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən moped oğurluqlarına qarşı keçirilən tədbirlər çərçivəsində dövlət qeydiyyat nişanı olmayan, təhlükəli manevrlər edən mopedə “saxla” işarəsi verilib. “Saxla” işarəsinə məhəl qoymayan moped sürücüsü hərəkətini davam etdirərək Hunday markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində mopedin sürücüsü paytaxt sakini N.Mirzəyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1398
avatar

Oxşar yazılar