Bakıda mərc oyunları məntəqəsi qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami rayonu ərazisində yerləşən mərc oyunları məntəqələrinin birindən 1530 manat dəyərində lotereya biletləri, mobil telefon və 3 ədəd notbuk oğurlanıb.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Alışan Mehbalıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.