Bakıda həbsxanada məhbusların ölüm səbəbi məlum olub.
Penitensiar xidmətdən Lent.az-a bildirilib ki, ayrı-ayrı vaxtlarda dünyasını dəyişən məhkumlar ağ ciyər xərçəngi, qara ciyər serrozu və ürək-damar çatışmazlığından əziyyət çəkiblər.
Hər üç məhkum uzun müddət xəstəliklə bağlı Penitensiar xidmətin Müalicə Müəssəsində müalicə alıb. Ancaq aparılan tibbi yardımlara baxmayaraq adı çəkilən məhkumların həyatını xilas etmək mümkün olmayıb.
***
Saat 13:11
Bakıda həbsxanada daha bir neçə məhkum ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, son günlər ərzində müxtəlif cəzaçəkmə müəssisələrində cəza çəkən Kərim Zərbəliyev, Rauf Həsənov və Fəqan Babayev dünyasını dəyişiblər.
Onların ölüm səbəbi hələlik məlum deyil.