Xəzər rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində “Mercedes” markalı bir avtomobilin cəriməsi yoxlanılarkən onun qaçırılması aşkar olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, maşın cərimə meydançasına yerləşdirilib.
Araşdırmalarla Bakı şəhər sakini Pərvin Tağıyev və Saatlı rayon sakini Sənan Zeynalovun Binəqədi qəsəbəsi ərazisindən qaçırdıqları Lənkəran rayon sakini R.Nəsirova məxsus nasaz vəziyyətdə olan “Mercedes” markalı avtomobili Lerik rayon sakinləri N.Qasımova və əmisi oğluna satmaları müəyyən olunub.
Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən P.Tağıyev və S.Zeynalov saxlanılıblar.
Araşdırma aparılır.