Dekabrın 1-də Hövsan qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobildən 16000 manat və 2000 ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşları faktla bağlı əməliyyat tədbirləri keçiriblər.
Nəticədə müxtəlif üsul və vasitələrlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 29 yaşlı E.Miriyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.