Noyabrın 24-də Nərimanov rayonu ərazisində “Mercedes” markalı bir avtomobildən 10 min manat pul və sənəd oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qobustan rayon sakini Z.Şirinov və Qubadlı rayon sakini R.Camalov saxlanılıblar.