Bakıda maşın qadını vurub öldürdü
08 yanvar 2022 12:40 (UTC +04:00)

Bakıda maşın qadını vurub öldürdü

0

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə yanvarın 5-də saat 7 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini İ.Şabanzadə idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Gülçöhrə Xudaverdiyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın yanvarın 6-da orada ölüb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2111

Oxşar yazılar