Bakıda maşın  mağazaya çırpıldı
13 iyul 2023 22:23 (UTC +04:00)

Bakıda maşın mağazaya çırpıldı

0

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Sürücü idarə etdiyi “Opel” markalı maşınla sükana nəzarəti itirib.

Nəticədə nəqliyyat vasitəsi avtomobil detallarının satışı mağazasına çırpılıb.

Maşın deformasiyaya uğrayıb, sürücü xəsarət alıb.

Mağaza sahibi ona 20 min manat zərər dəydiyini bildirib.

Qəzanın dəqiq baş vermə səbəbləri mağazanın müşahidə kamerasına baxıldıqdan sonra bilinəcək.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3523

Oxşar yazılar