Bakıda mağazalardan oğurluq edən müştərilər saxlanıldı
18 oktyabr 2024 13:10 (UTC +04:00)

Bakıda mağazalardan oğurluq edən müştərilər saxlanıldı

Paytaxtın Nizami rayonu ərazisində yerləşən bir mağazadan 700 manat, digər obyektdən isə 4050 manat dəyərində oğurluq edilməsi barədə polisə məlumatlar daxil olub. 
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin məkanlara müştəri kimi daxil olub daha sonra oğurluq əməlləri törətməkdə şübhəli bilinən 43 yaşlı A.Hüseynov və əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı M.Əlizadə müəyyən olunaraq saxlanılıblar. 

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516
avatar

Oxşar yazılar