Bakıda köşkdən pul və külli miqdarda siqaret oğurlandı
01 iyun 2023 12:43 (UTC +04:00)

Bakıda köşkdən pul və külli miqdarda siqaret oğurlandı

Bakıda köşk qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mayın 8-nə keçən gecə Ə.Əliyev küçəsində yerləşən köşklərin birindən 500 manat pul və 2500 manat dəyərində tütün məmulatı oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elnur İsayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 957
avatar

Oxşar yazılar