Bakıda korrupsiya   cinayətlərinin sayı artıb
15 iyul 2023 15:22 (UTC +04:00)

Bakıda korrupsiya cinayətlərinin sayı artıb

Bakı şəhər prokuroluq orqanlarında 6 əməkdaş intizam məsuliyyətinə cəlb olunub.

Lent.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda bu gün baş tutan əməliyyat müşavirəsində bildirilib.

Məlumata görə, 2023-cü ilin birinci yarımilində xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb. Şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfərə  töhmət, 3 nəfərə şiddətli töhmət verilib. 1 nəfərə irad tutulub və 1 nəfər tutduğu vəzifədən azad edilib.

Həmçinin bildirilib ki, özünü öldürmə həddinə çatdırma, qəsdən sağlamlığa ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, qaçaqmalçılıq, xuliqanlıq, narkotik vasitələrlə bağlı cinayətlərin sayı azalıb. İqtisadi sahədə, o cümlədən korrupsiya, qulluq mənafeyi və mülkiyyət əleyhinə olan cinayətlərin sayında isə artım müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3348
avatar

Oxşar yazılar