Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində, "Xaşa-xuna bağları" deyilən ərazidə baş verib. 34 yaşlı Məhəmmədli Cahid Sabir oğlu burada yaşayış olmayan yarımtikilidə dam örtüyündən özünü asaraq həyatına son qoyub. Həmin yarımtikilinin də onun özünə məxsus olduğu bildirilir.
Onun meyitini F. Məhərrəmova aşkar edib.
Faktla bağlı araşdırma aparılır.