Bakıda kişi zəhərlənərək ölüb.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. 40 yaşlı Matve Oleq Aleksandroviç yaşadığı evdə zəhərlənərək dünyasını dəyişib.
Onun narkotikdən zəhərləndiyi ehtimal edilir.
Hazırda araşdırma aparılır. Zəhərlənmənin dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.