Bakıda kişi hamamda yıxılıb öldü
02 may 2025 13:17 (UTC +04:00)

Bakıda kişi hamamda yıxılıb öldü

Bakıda kişi hamamda ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu 6-cı Dairəvi küçəsində baş verib.

33 yaşlı Nicat Arif oğlu Muxtarlı yaşadığı evin hamam otağında yıxılaraq, başından xəsarət alıb. Nəticədə o, yerindəcə keçinib.

İlkin məlumata görə, N. Muxtarlının ürəyi tutub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1766

Oxşar yazılar