Bakıda oğurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 8-də Əmircan qəsəbəsindəki internat məktəbindən 20 ədəd pəncərə çərçivəsi oğurlanıb.
Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi və rayon Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Qiladov saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərindən heroin aşkar edilərək götürülüb.