Bakıda iki prospektdə yol-nəqliyyat hadisəsi olub.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, Z.Bünyadov prospekti- 20 Yanvar dairəsi istiqamətində yol qəzası baş verib.
Babək prospektindən şəhər istiqamətində isə avtomobil piyadanı vurub.
Bu səbəbdən həmin istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətində ləngimələr müşahidə edilir.