Bakıda  iki avtobus toqquşdu:   yaralanan var
17 yanvar 2022 17:06 (UTC +04:00)

Bakıda iki avtobus toqquşdu: yaralanan var

Bakının Şeyx Şamil küçəsində 77 saylı marşrut xətti üzrə avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, sərnişin avtobusu yoldan çıxaraq ağaca dəyib. Qəza zamanı avtobusda sərnişin olmayıb və xəsarət alan yoxdur. 

Digər bir yol-nəqliyyat hadisəsi isə Binəqədi şossesi Binəqədi kəndi istiqamətində olub. “Çinar Trans” MMC-nin müvəqqəti istismarında olan 133 və 165 saylı marşrut xətləri üzrə iki avtobus toqquşub. Daşıyıcı şirkət “Çinar Trans” Məhdud Məsuliyyətli Cəmiyyətdən verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər yaralanıb. 

Hazırda hər iki hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyində müvafiq araşdırma aparılır. Daşıyıcı şirkətlərin rəhbərliyi agentliyə çağırılıb.

# 1578
avatar

Mehman Nəbiyev

Oxşar yazılar