Bakıda içərisində külli miqdarda pul  olan cüzdan oğurlandı
06 iyul 2023 13:58 (UTC +04:00)

Bakıda içərisində külli miqdarda pul olan cüzdan oğurlandı

0

Bakı sakini mağazada qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyulun 3-də Nəsimi rayonu A.Mustafayev küçəsindəki mağazaların birində Bakı şəhər sakini olan bir nəfərin içərisində 2000 manat, bank kartları və 2 ədəd mobil telefon olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Abbasov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2228

Oxşar yazılar