Bakıda gənc oğlan XƏSTƏXANALIQ OLDU
18 oktyabr 2024 07:25 (UTC +04:00)

Bakıda gənc oğlan XƏSTƏXANALIQ OLDU

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Hüseynli Ramal Güləli oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı aldığı xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt üzrə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501
avatar

Oxşar yazılar