Bakıda gənc oğlan kirayə qaldığı mənzildə ölüb.
Lent.az-ın məlumatına görə, hadisə yanvarın 13-ü axşam saatlarında paytaxtın Nizami rayonunda qeydə alınıb. Burada kirayədə qalan Şəki rayon sakini, 30 yaşlı Abdullayev Elçin Sakit oğlu müəmmalı şəkildə dünyasını dəyişib.
Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.