Bakıda FACİƏ:  usta divarın altında can verdi
28 oktyabr 2022 11:02 (UTC +04:00)

Bakıda FACİƏ: usta divarın altında can verdi

Bakıda usta bədbəxt hadisənin qurbanı olub.

Lent.az-ın məlumatına görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. 65 yaşlı Əliyev Xaqani Əli oğlu usta kimi çalışdığı mənzildə söküntü işləri aparıb. Bu zaman hamamın kərpic divarı onun üzərinə aşıb.

Nəticədə X. Əliyev yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

# 3612
avatar

Mehman Nəbiyev

Oxşar yazılar