Bakıda kişini elektrik cərəyanı vuraraq öldürüb.
Lent.az xəbər verir ki, Suraxanı rayonu Bülbülə qəsəbəsində yaşayan, 1979-cu il təvəllüdlü Asəf Nəsrullayev evinin yaxınlığındakı işıq dirəyində naqili düzəldərkən elektrik cərəyanı vuraraq ölüb.
Baş prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Suraxanı rayonu, Bülbülə qəsəbə sakini 1979-cu il təvəllüdlü Asəf Nəsrullayevin yaşadığı evin yaxınlığında elektrik naqilini təmir edərkən cərəyan vurması nəticəsində ölməsi faktı ilə bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.