Bakıda 4 yaşlı qız binadan yıxılıb.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Qara Qarayev prospektində qeydə alınıb.
Orada yaşayan, 2018-ci il təvəllüdlü Zəhra Ağayeva yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb.
Nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən azyaşlı orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.