Bakıda evlərdən silsilə oğurluqlar  edən tutuldu
06 oktyabr 2023 16:00 (UTC +04:00)

Bakıda evlərdən silsilə oğurluqlar edən tutuldu

0

Bakıda silsilə oğurluq hadisələri olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, oktyabrın 5-nə keçən gecə Binə qəsəbəsində “Fiat” markalı avtomobildən 600 manat pul, bank kartları və 2 ədəd mobil telefon oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Rəhimov saxlanılıb.

Araşdırmalarla onun qəsəbə ərazisində 4 evdən məişət əşyaları, inşaat materialları, təmir alətləri və 2 ədəd daş kəsən aparat oğurlaması da müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2892

Oxşar yazılar