Bakıda evlərdən külli miqdarda oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində oğurluq etdiyinə görə tutulan Z.Suleykinlə bağlı araşdırma aparılıb.
Araşdırmalarla onun daha iki evdən 6750 manat dəyərində qızıl, gümüş, məişət əşyaları və 2 ədəd mobil telefon oğurlaması da müəyyən olunub.