Bakıda evlərdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayonu ərazisində 2 evdən ümumilikdə 15000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlanıb.
Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Anar Əzizov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.