Bakıda evdən meyiti tapılan gənc qızın intihar etdiyi AÇIQLANDI
25 dekabr 2020 14:25 (UTC +04:00)

Bakıda evdən meyiti tapılan gənc qızın intihar etdiyi AÇIQLANDI

0

Dekabrın 24-də Bakıda mənzildən meyiti tapılan 23 yaşlı qızın ölüm səbəbi məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, Suraxanı rayonundakı evlərdən birində meyiti tapılan Səfərova Fatimə Rövşən qızı özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan Səfərli Fatimə Rövşən qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1794

Oxşar yazılar