Noyabrın 28-də Suraxanı rayonu ərazisindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Suraxanı rayon Polis İdarəsi 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Həsənov saxlanılıb.