Bakıda evdən 7 minlik  OĞURLUQ
04 may 2024 11:33 (UTC +04:00)

Bakıda evdən 7 minlik OĞURLUQ

Bakıda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Zaur Həsənov saxlanılıb.

Araşdırma aparılır.

# 1914
avatar

Oxşar yazılar