Bakıda evdən oğurluq edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonu ərazisindəki evlərin birindən 200 manat pul, sənəd və 4560 manat dəyərində noutbuk oğurlanıb.
Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Kərimov saxlanılıb.