Bakıda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 8-də Yeni Suraxanı qəsəbəsində evlərin birindən 12.100 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Oğurluqda şübhəli bilinən H.Bağırov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.