Bakıda ev qarət edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binə qəsəbəsində bir evin həyətindən 10.000 manat dəyərində avadanlıq oğurlanması barədə polisə məlumat daxil olub.
Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş S.Quliyev saxlanılıb.
Araşdırma aparılır.