Bakıda banka saxta əskinas verən əcnəbilər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, fevralın 16-da saat 14 radələrində 2 əcnəbi vətəndaş Yasamal rayonu ərazisində yerləşən bankların birinə 12 ədəd 50 dollarlıq saxta əskinas verib.
Orada xidmət aparan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşları onları saxlayaraq 26-cı Polis Bölməsinə təhvil veriblər. Araşdırma aparılır.