Bakıda Səudiyyə Ərəbistan vətəndaşının pulları oğurlanıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Səbail rayonu N. Rəfibəyli küçəsi ev 49-da qeydə alınıb.
Fevralın 11-də şəhərə turist qismində gələrək həmin ünvanda yaşayan 1999-cu il təvəllüdlü Alrashede Suauds polisə müraciət edərək evə qayıdan zaman açıq qapıdan naməlum şəxsin evdə olduğunu aşkar edib. O qeyd edib ki, içərisində 1225 AZN və 550 ABŞ dolları olan pul kisəsini oğurladığını deyib.
Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.