Bakıda oğurluq və dələduzluq faktları ilə bağlı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları daxil olan məlumatlar əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə Biləcəri qəsəbəsində bir nəfərdən və 2 avtomobildən mobil telefon oğurlamaqda, bir nəfərə qarşı isə dələduzluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Qulam Qulamov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunub.
Araşdırmalarla onun ötən il dekabrın 27-də saat 2 radələrində Biləcəri qəsəbəsi ərazisində sərnişini olduğu “Khazar” markalı avtomobilin sürücüsünün 65 manatını və mobil telefonunu quldurluq yolu ilə talaması da müəyyən olunub.
Araşdırma aparılır.