Bakıda ŞOK QƏTL:  qısqanc qadın ərini çarpayıdan yıxıb öldürdü
24 oktyabr 2024 15:11 (UTC +04:00)

Bakıda ŞOK QƏTL: qısqanc qadın ərini çarpayıdan yıxıb öldürdü

Oktyabrın 24-də saat 8 radələrində Xətai rayonu ərazisində 38 yaşlı Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 37 yaşlı Raidə Mahmudovanın birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr yetirməsi və çarpayıdan yerə itələməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. 

Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində tutulub.

***

Bakıda qətl törədilib. 

Lent.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Xətai rayonu, Ç.Kərimov küçəsində qeydə alınıb.

Həmin küçədəki evlərdən birində 38 yaşlı Hacı Mahmudovun üzərində xəsarətləri olan meyitini qardaşı aşkar edib. 

Dərhal hadisə barədə polisə məlumat verilib.

Daxil olmuş məlumat üzrə polis əməkdaşları tərəfindən hadisənin mərhumun həyat yoldaşı, 37 yaşlı Raida Mahmudovanın törətdiyi müəyyən edilib. 

R. Mahmudova saxlanılaraq istintaqa təhvil verilib. 

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində törədilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7270

Oxşar yazılar

Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15
Maşın çaya düşdü, 4 prokurorun meyiti  tapıldı

Maşın çaya düşdü, 4 prokurorun meyiti tapıldı

18 iyul 2025 , 18:17
12 supermarketdə  narkotik tərkibli banan   tapıldı

12 supermarketdə narkotik tərkibli banan tapıldı

18 iyul 2025 , 17:48