Bakıda DƏHŞƏT:  fəhlə faciəli şəkildə öldü
13 mart 2023 14:50 (UTC +04:00)

Bakıda DƏHŞƏT: fəhlə faciəli şəkildə öldü

0

Martın 11-i saat 12 radələrində 1988-ci il təvəllüdlü Elvin Məmmədovun ölməsi barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, araşdırma zamanı Elvin Məmmədovun fəhlə kimi işlədiyi “Buta Çərəz” MMC-yə məxsus anbarda iş vaxtı yük avtomobilli ilə soyuducu arasında qalması nəticəsində aldığı  xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2060

Oxşar yazılar