Bakıda daha bir qanunsuz tikili söküldü -VİDEO
16 yanvar 2023 12:06 (UTC +04:00)

Bakıda daha bir qanunsuz tikili söküldü -VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən Lent.az-a verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda “Qanlı göl” adlanan ərazinin yaxınlığında müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib. 

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

# 1710
avatar

Arzu Qurbanlı

Oxşar yazılar