Bakıda çimərlikdə dava olub.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən çimərlikdə qeydə alınıb.
Bir qrup gənc arasında düşən davada 17 yaşlı Təmkin Məmmədov və 20 yaşlı Leyla Abbaszadə döyülüb.
Hadisə barədə polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.