Bakıda avtomobildən külli miqdarda narkotik aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Elçin Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qramdan artıq marixuana aşkar olunub.
Davam etdirilən tədbirlərlə onun idarə etdiyi BMW markalı avtomobilə baxış zamanı oradan əlavə 6 kiloqram 20 qram marixuana götürülüb.
Araşdırma aparılır.