Bakıda binanın qarşısında meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu Ə.Rəcəbli küçəsində qeydə alınıb.
Həmin küçədə ev 4/6-nın qarşısında naməlşum kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin Bakı şəhər sakini, 47 yaşlı Ruslan Anatoliyeviç Rzayev olması müəyyən edilib.
Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.